Əsas məzmuna keç

AZƏRBAYCANCA DANIŞAN AI

Gecə yazır.Avteza cavablayır.

WhatsApp, Instagram və Telegram-a gələn mesajlara Avteza dərhal Azərbaycanca cavab verir: sifariş qəbul edir, masa saxlayır, sual cavablandırır. Siz səhər sifarişi görürsünüz.

  • Kart tələb olunmur
  • Qurulumu biz edirik
  • Tam Azərbaycan dilində
  • Gecə yarısı da
  • Bayram günü də
  • Siz məşğulkən də

BİR GECƏ

Siz yatarkən nə baş verir

  1. REZERVASİYA: avtomatik yazılır
  2. SİFARİŞ: ödəniş linki ilə
  3. SƏSLİ MESAJ: söhbətdə görünür
  4. SƏHƏR: hər şey panelinizdə

Nümunə gecə. Nümunə Kafe

NƏ EDİR

Bir asistan, bütün gündəlik iş

  • KANALLAR

    Hamısı bir yerdə

    WhatsApp, Instagram, Telegram və vebsayt: dörd kanal, bir söhbət siyahısı. Müştəri harada yazsa, cavab eyni yerdən gedir.

  • SƏSLİ MESAJ

    Səsli mesaj da gələnlər qutusuna düşür

    Müştəri danışanda söhbət bağlanmır. Mesaj qeydə alınır və siz onu görürsünüz.

  • SATIŞ

    Söhbətin içində sifariş və rezervasiya

    Müştəri menyunu söhbətdə görür, seçir və təsdiqləyir. Masa və randevu avtomatik yazılır.

  • DİL

    Müştəri hansı dildə yazırsa, o dildə cavab alır

    Azərbaycanca, rusca və ingiliscə. Gündəlik danışıqdakı qarışıq dili də başa düşür.

    AZ · RU · EN

Üç addım. İlk quraşdırmanı biz edirik.

  1. Biz

    Qoşulma

    WhatsApp və Instagram hesabınızı bağlayırıq. Kod yazmaq lazım deyil.

  2. Siz

    Məlumat

    Menyu, qiymət və iş saatlarını yükləyirsiniz. Qalanını biz edirik.

  3. Asistan

    Cavab

    Asistan cavab verməyə başlayır. Siz panelə baxırsınız.

Şəffaf qiymət, gizli ödəniş yoxdur

7 gün və ya 100 söhbət pulsuz · Kart tələb olunmur

  • Başlanğıc

    Yeni başlayan tək məkan üçün

    / ay

    • 2 kanal
    • 500 söhbət / ay
    • Bir dəfəlik quraşdırma: 99
  • Biznes

    Tövsiyə edirik

    Gün ərzində axını çox olan biznes üçün

    / ay

    • 3 kanal
    • 5 000 söhbət / ay
    • Kampaniya göndərişləri
    • Bir dəfəlik quraşdırma: 99
  • Şəbəkə

    Bir neçə filialı olan şəbəkə üçün

    / ay

    • 10 kanal
    • Söhbət limiti tətbiq olunmur
    • Kampaniya göndərişləri
    • Bir dəfəlik quraşdırma: 99

Quraşdırma haqqı bir dəfəlikdir və illik ödənişdə alınmır.

SUALLAR

Tez-tez verilən suallar

Avteza Azərbaycan dilində yazışma üçün qurulub və gündəlik danışıq dilini, qısaltmaları və latın əlifbası ilə yazılan mətnləri başa düşür. Rus və ingilis dillərində də cavab verə bilir. Başa düşmədiyi sualı uydurmur — sizə ötürür.

Hələ yox. Səsli mesaj gəldikdə söhbətdə görünür və müştəridən sualını yazılı göndərməsi xahiş olunur. Səsli mesajın mətnə çevrilməsi üzərində işləyirik.

Bəli. Mövcud biznes nömrənizi WhatsApp Business API vasitəsilə qoşuruq. Nömrə sizin adınıza qalır. Instagram və Telegram üçün mövcud hesablarınız istifadə olunur.

Söhbətlər və biznes məlumatlarınız idarə olunan Postgres bazasında, fayllar isə obyekt saxlama xidmətində saxlanılır. Bunlar bulud infrastruktur təchizatçılarımızda yerləşir. Məlumatlarınızı üçüncü tərəflərə satmırıq və istədiyiniz vaxt silinməsini tələb edə bilərsiniz.

Kanalların qoşulmasını biz edirik. WhatsApp Business API təsdiqini isə Meta aparır və nə qədər çəkəcəyini biz demirik, çünki bilmirik. Menyu, qiymət və iş saatlarının yüklənməsini ilk dəfə biz sizin üçün edirik.

Asistan əmin olmadıqda cavab uydurmur — söhbəti operatora ötürür və panelinizdə "diqqət tələb edir" kimi işarələnir. Müştəri «operator» və ya «insan» yazsa, söhbət dərhal sizə keçir. Bütün söhbətləri paneldən oxuya və istənilən anda özünüz cavab yaza bilərsiniz.

Bəli. info@avteza.com ünvanına yazın — abunəliyiniz cari ödəniş dövrünün sonunda dayandırılır və növbəti ödəniş alınmır.

WhatsApp, Instagram Direct, Telegram və vebsaytınıza qoşulan söhbət pəncərəsi. Hamısı bir söhbət siyahısında toplanır.

Cavabını tapmadınız?

+994 77 344 89 87

Bu gecə də satmağa başlayın

7 gün və ya 100 söhbət pulsuz · Kart tələb olunmur

Pulsuz demo al