Əsas məzmuna keç

HAQQIMIZDA

Kim qurdu, nə işləyir.

Müştərimiz yoxdur və bunu gizlətmirik. Bu səhifədə şirkətin kim olduğu, məhsulun bu gün nəyi bacardığı və nəyi bacarmadığı yazılıb.

Qurucudan

Mustafa Babayev, Avtezanın qurucusu

Mən Avtezanı ona görə qurdum ki, Azərbaycanca yazan müştəriyə ingiliscə cavab verən bir sistem satmaq istəmirdim.

On bir ildir kod yazıram. Bu müddətdə gördüyüm ən adi mənzərə budur: kicik bir kafe, gecə saat on ikidə gələn mesaj, və səhər açılanda cavabsız qalmış bir müştəri. Böyük şirkətlərin bunun üçün komandası var. Kiçik biznesin yoxdur.

Bir də bunu deyim, çünki Avtezanın nə olmadığını izah edir. Bir restoran şəbəkəsinə yazırsan, saatlarla gözləyirsən, sonra hər dəfə eyni şablon cavab gəlir. Ya da bot cavab verir və ikinci sualdan sonra ilişib qalır — danışdığını yox, forma doldurduğunu hiss edirsən. Mən bundan bezmişəm. Avteza müştərinin nə soruşduğunu başa düşmək üçün var, hazır cümləni yapışdırmaq üçün yox.

Bazarda olan həllər ya dili başa düşmür, ya da qiyməti bir kafenin ödəyə biləcəyindən yuxarıdır. Avteza bu iki şeyi düzəltmək üçün var.

Bir şeyi açıq deyim. Hazırda müştərimiz yoxdur və bunu gizlətmirəm. Bu saytda nəyin işlədiyi yazılıb, nəyin hələ işləmədiyi də yazılıb. İşləməyən bir şeyi sizə satmayacağam — çünki ilk quraşdırmanı özüm edirəm və o söhbətdə yanınızda mən oturacam.

Mustafa BabayevAvteza MMC

Bu gün nəyi bacarmır

Aşağıdakılar məhsulun bugünkü halıdır. Hər biri kodda yoxlanılıb və heç biri yumşaldılmayıb.

  • Telefon zənglərini cavablamır

    Zəngləri cavablayan səsli agent üzərində işləyirik. Nə vaxt hazır olacağını yazmırıq, çünki dəqiq bilmirik. Planlara dəqiqə limiti də yazılmır, belə bir limit hələ mövcud deyil.

  • Səsli mesajı mətnə çevirmir

    Səsli mesaj gəldikdə söhbətdə görünür və müştəridən sualını yazılı göndərməsi xahiş olunur. Mətnə çevrilmə üzərində işləyirik.

  • WhatsApp və Instagram dərhal qoşulmur

    Bağlantını sizin üçün biz quraşdırırıq və bu, Meta-nın biznes təsdiqindən sonra mümkün olur. O mərhələni Meta aparır. Telegram və sayt söhbəti təsdiq gözləmir.

  • Abunəni paneldən dayandıra bilmirsiniz

    info@avteza.com ünvanına yazın: abunəlik cari ödəniş dövrünün sonunda dayandırılır. Bunun üçün paneldə düymə yoxdur, ona görə də vəd etmirik.